Nokia 2710 Navigation Edition - Xəritələr haqqında

background image

Xəritələr haqqında

Seçin

Menyu

>

Xəritələr

.

Xəritələr vasitəsilə, siz müxtəlif şəhərlərin və ölkələrin xəritələrini, görməli yerləri və

onların ünvanlarını axtara və mümkün olduqda cari yerinizə baxa bilərsiniz. Siz

həmçinin marşrutları planlaşdıra və ardıcıllıqla naviqasiya təlimatını əldə edə bilərsiniz.
Cihazınız və ya daxil edilmiş yaddaş kartınızda xəritələr mövcuddursa, siz onları

internet əlaqəsi olmadan da axtara bilərsiniz. Artıq cihazınıza yüklənmiş xəritələrdə

əhatə olunmamış ərazini axtarırsınızsa, ərazinin xəritəsi avtomatik olaraq internetdən

yüklənir. Siz internet əlaqəsi ilə istifadə üçün giriş nöqtəsini seçmək haqqında məlumat

əldə edirsiniz.
Xəritələrin yüklənməsi sizin xidmət provayderi şəbəkəniz vasitəsilə böyük həcmli

məlumatların köçürülməsini əhatə edə bilər. Məlumat köçürülməsi rüsumları haqqında

məlumat üçün xidmət provayderiniz ilə əlaqə qurun.
Bəzi xidmətlər bütün ölkələrdə mövcud olmaya bilər və yalnız seçilmiş dillərdə təmin

oluna bilər.

26

Xəritələr

background image

Xəritələri açarkən, aşağıdakılardan seçin:
Hazırki mövqeyi — Cari yerinizə baxın.
Son yerlər — Axtardığınız yerə baxın.
Ünvanı tap — Müəyyən ünvanı axtarın.
Məni istiq-dir — Düz xəttdə təsvir olunmuş istiqaməti nəzərdən keçirin.
Saxlanılan yerl. — Cihazınızın yaddaşında saxlanmış yeri tapın.
Marşr. planlaş. — Marşrutu planlaşdırın.
Parametrlər — Xəritə alətlərini müəyyən edin.
Demək olar ki bütün rəqəmli kartoqrafiya müəyyən dərəcədə qeyri-dəqiqdir və tam

deyil. Yalnız bu cihazda istifadə üçün nəzərdə tutulmuş kartoqrafiyaya etibar etməyin.