Nokia 2710 Navigation Edition - GPS qəbuledicisi

background image

GPS qəbuledicisi
Əgər sizin cihazınızın daxili GPS qəbuledicisi varsa, siz ondan Xəritələrlə istifadə edə

bilərsiniz.
Daxili GPS qəbuledicisinin istifadəsi cihazın batareyasının tez boşalmasına gətirib

çıxara bilər.

Xarici GPS qəbuledicisini istifadə et

1 Uyğun GPS qəbuledicisini təmamilə yüklə və onu işə sal.
2 Cihazınız və GPS qəbuledicisi arasında Bluetooth əlaqəsini quraşdır.
3 GPS qəbuledicisini səmaya maneəsiz baxış mövqeyində yerləşdirin.
4 Xəritələr tapşırığını açın və xarici GPS qəbuledicisini seçin.
İlk GPS əlaqəsini yaratmaq bir neçə dəqiqə çəkə bilər. Ardıcıl əlaqələr daha sürətlidir,

lakin əgər siz GPS-dən bir neçə gün istifadə etməmisinizsə və ya sonuncu dəfə istifadə

etdiyiniz ərazidən çox uzaqsınızsa, güclü peyk siqnalını tapmaq bir neçə dəqiqə çəkə

bilər.
Siz xəritələri axtarmaq, ünvanları və yerləri axtarmaq və marşrutları planlaşdırmaq

üçün Xəritlərdən GPS qəbuledicisi olmadan da istifadə edə bilərsiniz.