Nokia 2710 Navigation Edition - Birgə istifadə edilən yaddaş

background image

Birgə istifadə edilən yaddaş
Bu cihazın aşağıda göstərilən elementləri yaddaşı birgə istifadə edə bilər: multimedia mesajlaşma (MMS), elektron poçt

proqramı, cəld mesajlaşma. Bu elementlərin birinin və ya daha çoxunun istifadəsi yaddaşdan birgə istifadə edən digər

elementlər üçün yaddaş həcmini azalda bilər. Əgər sizin cihazınız yaddaşın dolu olması barədə xəbərdarlıq edərsə, birgə

yaddaşda saxlanılmış məlumatların bir neçəsini silin.

Rəqəmli (müəllif) hüquqların idarəsi

Sahiblərin geniş hissəsi müəllif hüquqları da daxil olmaqla, öz intellektual mülkünü qorumaq məqsədi ilə Rəqəmli hüquqlar

idarəsinin (RHİ) müxtəlif texnologiya növlərindən istifadə edə bilər. Bu cihaz RHİ tərəfindən qorunan tərkibə daxil olmaq üçün

RHİ proqramlarının müxtəlif növlərindən istifadə edir. Bu cihazla WMDRM 10, OMA DRM 1.0, OMA DRM 1.0 qabaqcıl qıfıl

və OMA DRM 2.0 ilə qorunan tərkibə daxil ola bilərsiniz . Əgər hansısa RHİ proqramı tərkibi qoruya bilmirsə, onda tərkibin

sahibləri bu kimi RHİ proqramının yeni RHİ tərəfindən qorunan tərkibə daxil olmasının ləğv olunmasını tələb edə bilərlər. Bu

kimi RHİ proqramının ləğv edilməsi artıq sizin cihazınızda RHİ tərəfindən qorunan tərkibin yeniləşməsinin qarşısını ala bilər.

Belə RHİ proqramının ləğvi RHİ başqa növləri tərəfindən qorunan digər tərkiblərin istifadəsinə, və ya RHİ tərəfindən

qorunmayan tərkiblərə təsir etməyəcək.